Bakı Şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Səbail RPİ CAŞ və 41-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Pavlovna Piskunun mənzilinin taxta qapısını sındırıb içəri daxil olaraq onu bıçaqla hədələyib 21 manatını almaqla quldurluq əməlində şübhəli bilinən şəxs müəyyənləşdirilib.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Rauf İsmayılov tutularaq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
İnterpress.az