Hesabat: Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya, 292 milli, 330 yerli əhəmiyyətli abidə dağıdılıbbackend

Hesabat: Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya, 292 milli, 330 yerli əhəmiyyətli abidə dağıdılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) illik hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, ötən il Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalar və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi, Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilməsi üçün məsələ qaldırılması ilə əlaqədar Agentliyin tarixi faktlara, elmi və etimoloji əsaslara və mənbələrə istinadla hazırladığı arayış və şərhlərdə erməni iddialarının əsassızlığı göstərilib.

Hesabatda qeyd olunub ki, Agentlikdə erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm…, mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində təkrar nəşr edilib, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçilik müəlliflik hüququ” və “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı” kitabçaları çap olunub.(apa)

İnterpress.az