Kerol Krofts Birləşmiş Krallığın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xanım K.Krofts bu postda səfir İrfan Siddiqi əvəz edəcək.
Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına 2016-cı ilin may ayından başlayacaq.
Qeyd edək ki, K.Krofts 1987-ci ildən Britaniya XİN-də müxtəlif vəzifələrdə çalışır.
İnterpress.az