Kerrinin mətbuat kofransı qalmaqalla bitdi -VİDEObackend

Kerrinin mətbuat kofransı qalmaqalla bitdi -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Katibi Con Kerrinin də iştirak etdiyi mətbuat konfransı dava-dalaşla yekunlaşıb.
Hadisə fevralın 2-də İtaliyanın xarici işlər naziri Paolo Centiloni və Con Kerrinin iştirakı ilə Romada baş tutan \”İŞİD-lə mübarizədə “kiçik qruplar”\” adlı görüşü çərçivəsində baş verib.
Görüşdə həmçinin 23 ölkənin və Avropa Birliyinin nümayəndələri iştirak edib. Juranlistlərlə görüşün sonunda çıxışa doğru gedən nazirlərə qabaq cərgədə oturan qadın jurnalistlərdən biri “İŞİD-i elə siz yaratmısınız” deyə qışqırıb.
Həmin dəqiqə qadını xüsusi təyinatlılar əhatə edib. Zalda əyləşənlərin sözlərinə görə, italyan jurnalistin başı dəsmalla örtülü olub.
İraq Şam İslam Dövləti və ya qısaca İŞİD əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşması, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yaratdığını elan edib.

Son vaxtlar dünyada baş verən bir çox terror aktlarına görə məsuliyyəti məhz bu qruplaşma öz üzərinə götürür. (ans)

İnterpress.az