Bakıda ər-arvad dəm qazından zəhərlənib, onlardan biri ölübbackend

Bakıda ər-arvad dəm qazından zəhərlənib, onlardan biri ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun M. Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Rəşad Aydın oğlu Əliyev və onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Səbinə Ramiz qızı Sübhani yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, R. Əliyevi xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. S. Sübhaninin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az