Braziliyada zika virusuna qarşı səfərbərlik elan olundu-VİDEObackend

Braziliyada zika virusuna qarşı səfərbərlik elan olundu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həşəratlarla mübarizə aparmaq üçün minlərlə əsgər bu işə cəlb olunacaq.
Ölkə başçısı vurğulayıb ki, bu virusa qarşı hələ ki, heç bir dərman tapılmayıb və onunla mübarizənin yeganə yolu virusun yayılmasının qarşısını almaq üçün gərgin mübarizə aparmaqdır.
“Buna görə də, şənbə günündən etibarən milli səfərbərlik qərarı qüvvəyə minəcək. Bu ağcaqanadlar əsasən evlərin içində, yaxud da yaxınlığında olur. Səfərbərlik müddəti ərzində minlərlə əsgər və dövlət işçisi evlərdə və iş yerlərində ağcaqanadların kökünü kəsməyə çalışacaq”. D.Russef bu mübarizəyə hər kəsi dəstək olmağa çağırıb. O, analara və hamilə qadınlara müraciət edərək bildirib ki, dövlət onları qorumaq üçün əlindən gələni edəcək. Qeyd edək ki, virus “Aedes aegypti” növündən olan ağcaqanadlar tərəfindən yayılır. Bu virusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi uşaqlarda beynin inkişafını ləngidən xəstəliyin yarandığı ehtimal olunur.

Braziliyada zika virusuna qarşı səfərbərlik elan olundu-VİDEO

Birləşmiş Millətlər Təşkilatı və ABŞ səhiyyə işçiləri isə bildirir ki, Braziliya hökuməti bütün məlumatları açıqlamadığına görə, bu virusun yeni doğulan körpələrdə həqiqətən beynin inkişafını ləngidən xəstəliyə səbəb olub-olmadığını dəqiq müəyyən etmək olmur. (virtualaz.org)