İnterpress.az-ın verdiyi xəbərə görə, bu məlumatı IRNA verib. Məlumatda deyilir ki, İranın Bakıdakı səfirliyi İranın Sosial Təminat Təşkilatının sərəncamçı müdir əvəzi Rza Rainin cümə axşamı günü Bakıda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdüyün bildirib. Görüşdə hər iki ölkənin dərman istehsalı sahəsində birgə əməkdaşlıı müzakirə edilib.
Bu görüşdə Azərbaycan Respublikasında dərman istehsalı və ixracatı üçün İranın Sosial Təminat Təşkilatının İnvestisiya Şirkətinin hazır olmasından xəbər verib.
İranın Sosial Təminat Təşkilatının sərəncamçı müdir əvəzi deyib: İran İslam Respublikası ölkəsinin dərman ehtiyaclarının təqribən 95%-ni təmin edir və Azərbaycan Respublikası hökumətinin dərmanın təmini və onun istehsalının yerliləşdirilməsi siyasətinə əsasən, iki ölkənin əczaçılıq şirkətləri arasında həmkarlıq bu sahədə əlaqələrin güclənməsinə səbəb ola bilər.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də bu görüşdə ikitərəfli münasibətlərin inkişafından razılıq edərək, dünya qüdrətləri ilə müzakirələrdəki uğuru və nüvə anlaşmasının əldə olunmasını İranın inkişafı yolunda böyük bir addım adlandırıb.
Mustafayev belə vurğulayıb: Azərbaycan Respublikası ümid edir ki, iki ölkə ekspertlərinin müzakirələri tez bir zamanda müqavilənin bağlanması və iri iqtisadi əməkdaşlığın başlanması ilə nəticələnəcək.