Bu barədə açıqlama verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın ilkllik məruzəsi haqqında” sənəd, “Azərbaycan Prezidenti və Belarus Prezidentinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsi, “Azərbaycanla Belarus Respublikaları arasında 2025-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilənin və onun proqramının təsdiq edilməsi barədə” qanun layihəsi, “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə” qanun layihəsi iclasına gündəliyinə daxildir.
Eyni zamanda həmin gün “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
Həmçinin yeni “Antidentik, kompensiyasiya və mühafizə tədbirləri haqqında” qnaun layihəsi müzkairəyə təqdim ediləcək”.(modern)
İnterpress.az