Rusiyada güləllənən azərbaycanlı Rövşən Lənkəranskinin adamı olubbackend

Rusiyada güləllənən azərbaycanlı Rövşən Lənkəranskinin adamı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a Moskvada olan mənbənin verdiyi xəbərə görə, Elçin Heydərov lənkəranlı məşhur vor zakon Rövşən Lənkəranskinin adamıdır. Elçin Heydərov Rusiyada vor aləminin ən məşhur üzvlərindən olub. O, əvvəllər məhkum edilib və bir-neçə dəfə silahlı hücuma məruz qalıb.
Qeyd edək ki, fevralın 3-də həmin qəsəbədə yerləşən “Arqo” kafesinin yanında saxladığı “Mercedes-Benz” markalı avtomobilində qətlə yetirilən 42 yaşlı Elçin Heydərov “Chevrolet Lacetti” markalı avtomobildə qeyd olunan ünvana gələn şəxslər “Mercedes-Benz”ə atəş açmağa başlayıblar. Daha sonra isə onlar hadisə yerindən uzaqlaşıblar. 6 güllə yarası alan Elçin Heydərov yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi və qətli törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri istintaq tədbirləri görülür.

İnterpress.az