“Donuz qripi” ilə bağlı dezinfeksiya olunacaq ali məktəblərin adları açıqlanıbbackend

“Donuz qripi” ilə bağlı dezinfeksiya olunacaq ali məktəblərin adları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kamalə Cəfərova məlumat verib. Onun sözlərinə görə, gələn həftədən etibarən Bakı Dövlət Universiteti, Qərb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Musiqi Akademiyası, Polis Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində “donuz qripi”nə qarşı dezinfeksiya işlərinin aparılması planlaşdırılır.

K. Cəfərova əlavə edib ki, Təhsil Problemləri İnstitutu və Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda da “donuz qripi”nə qarşı dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. K. Cəfərova qeyd edib ki, paytaxtdakı bütün təhsil müəssisələrində dezinfeksiya işlərinin gələn həftə başa çatdırılması planlaşdırılıb.

Qeyd edək ki, dünənə olan məlumata görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Memarlıq və İnşaat Universitetində, Bakıdakı 6 lisey, 2 kollec, 1 gimnaziya, 3 peşə liseyi və 5 internat məktəbində “donuz qripi”nə qarşı dezinfeksiya işləri aparılıb. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb. “Donuz qripi” təhlükəsi ilə əlaqədar Azərbaycanın rayonlarındakı mərkəzi xəstəxanaların yoluxucu xəstəliklər şöbələrində, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında xüsusi palatalar ayrılıb. “Donuz qripi” təhlükəsinə qarşı Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki 471 məktəb və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb.

Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında \”donuz qripi\”nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. “Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə\” imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.(apa)

İnterpress.az