Paytaxtda quldurluq edən şəxslər saxlanıldıbackend

Paytaxtda quldurluq edən şəxslər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini, orada tanımadığı 3 nəfərin ona hədə-qorxu gələrək 240 manatını almalarını, yenidən pul gətirməyəcəyi təqdirdə öldürəcəkləri ilə hədələmələrini, fevralın 4-də isə daha 100 manat tələb etmələrini bildirib. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Ağcabədi rayon sakini Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İnterpress.az