Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da yaşayan azərbaycanlı idmançılarNazim Sadıxov və Elgün Xanoğlanlı ilə görüşüb.
Görüşdə Komitə sədri diaspora dövlət qayğısının günü-gündən artması, diaspor siyasəti sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, ölkəmizi dünyada təmsil edən, müxtəlif yarışlarda Azərbaycan bayrağını dalğalandıran soydaşlarımızın qazandıqları uğurlarındavamlı olacağına əminliyini bildirib.
Səmimi qəbula görə təşəkkür edən idmançılar öz fəaliyyətləri barədə ətraflı danışıb, müxtəlif arenalarda şanlı Azərbaycan bayrağını dalğalandırmaqdan qürur duyduqlarını dilə gətiriblər.
Xatırladaq ki, Nazim Sadıxov Nyu York şəhərində yaşayır və 2021-ci ildə Texasda kecirilən “FURY Fighting Championships”-də qələbə qazanaraq, ştatınçempionu adına layiq görülüb. İdmançı “Dana White’s Contender Series 50” yarışında qalib gəldikdən sonra UFC ilə müqavilə imzalayıb.
2004-2005-ci illərdə Azərbaycan çempionu olan, hazırda Nyu Yorkda yaşayan Elgün Xanoğlanlı isəkaratenin kyokuşhin növü üzrə idmanla məşğul olub, hazırda idman növünü dəyişərək qaydasız döyüşə başlayıb. O, 2014-cü ildə dünya çempionu, 2018-ci ildə isə Amerika çempionu titulunu qazanıb.
Soydaşımız 2021-ci ildə “Nyu-York kəməri”nə sahib olub.
Əlavə edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın xarici ölkələrdə iştirak etdikləri idman tədbirlərini daim dəstəkləyir və bu dəstək davam edəcək.