7 nəfərin yanında addımlayan bu qadın hamilədir. Bir uşağı kürəyində, birini qucağında daşıyır.
İnterpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, foto Xorvatiya sərhəddində çəkilib. Bəzi xarici mətbuat orqanları bu qaçqın dəstədəkiləri müsəlman adlandırsa da araşdırma zamanı bəlli olub ki, bunlar müsəlman deyil. Lakin dinindən, irqindən aslı olmayaraq, qadına, özü də hamilə bir xanıma qarşı eilən bu hörmətsizlik onun ətrafındakıların qeyri-insani xarakterindən xəbər verir. Soyuqda ayaqyalın qadının yanı ilə gedən 7 kişinin hamısı qalın geyinib, üstəlik ayaqqabıları da var. Ən azından bu qadının uşaqlarını daşımasına kömək edə bilərdilər.
İnterpress.az