“İnterpress”in APA-ya istinadən məlumatına görə, bu gün Saatlı rayonunun Sarıcalar kənd sakini, bir həftə əvvəl kolbasadan zəhərləndiyi bildirilən 59 yaşlı Mədinə Ədim qızı Abbasova vəfat edib.
Qeyd edək ki, fevralın 1-də Sarıcalar kəndində bir ailənin 3 üzvü – 26 yaşlı Zümrüd Şakir qızı Əsgərova, 5 yaşlı Zəhra Yusif qızı Əsgərzadə və 59 yaşlı Mədinə Ədim qızı Abbasova qidadan zəhərlənmə diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlara lazımi tibbi yardım göstərilsə də, M. Abbasova fevralın 7-də səhər saatlarında dünyasını dəyişib.
Onların kolbasadan zəhərləndiyi bildirilir.
O da qeyd olunur ki, dünyasını dəyişən qadın vərəm xəstəsi olub.
İnterpress.az