Bakıda intihar hadisəsi baş verib.
Səbail Rayon Polis İdarəsindənverilən məlumata görə, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.
Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cəfərov Qaz Emalı Zavoduna məxsus evin həyətində özünü asıb.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az