Suriyanın şimalında, Türkiyə ilə sərhəd ərazilərdə gedən döyüşlərdə \”Əl-Nusra\” terror təşkilatının tərkibində döyüşən azərbaycanlı terrorçu öldürülüb.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Gürcüstanın Telavi şəhərində anadan olan Beslan Muxtarov vəhhabilərə qoşulub. O, radikal təriqətçilərin şirin vədlərinə iananaraq 3 ay öncə Suriyaya gedərək terrorçulara qoşulub.
Beslan Muxtarov Türkiyədə tibb təhsili alıb. Lakin 2011-ci ildə Türkiyədə radikal islamçı baxışlarına görə barəsində terrorçuluq şübhəsi ilə təhqiqat başladılıb. Hətta onun Türkiyəyə girişinə qadağa qoyulub. O, terrorçulara tibbi yardım edirmiş.
Ən ağrılısı odur ki, işsizlikdən, maddi imkanın bərbadlığı ucbatından radikal təriqətçilərə qoşulan gəncin anası da xərçəng xəstəsidir. O, oğlunun öldürüldüyünü eşidəndə vəziyyəti daha da pisləşib və hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
İnterpress.az
https://youtube.com/watch?v=QTZgNsxJZMQ