İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Dario Mitidieri fotolarında 2011-ci ildən üzü bəri davam edən döyüşlərdən qaçmaq istəyən insanların bu cəhdlərinin uğursuzluğunu acıyla əks etdirib. Belə ki, müharibədən qaçan insanlar təkcə vətənlərini, dogma yurd-yuvalarını deyil, eyni zamanda sevdiklərini də itirmək məcburiyyətində qalırlar.
Sahib olduqları bütün saədətdən məhrum olan bu insanların bəziləri həyat yoldaşlarını, bəziləri isə övladlarını və digər doğmalarını itiriblər.
Qeyd edək ki, Suriya neftini ələ keçirmək üçün bu ölkəyə müdaxilə edən ABŞ-ın dəstəyi ilə yaradılan İŞİD terrorçuları və digər terror təşkilatlarının törətdikləri vəhşiliklər nəticəsində indiyə qədər 6 milyondan çox insan ev-eşiyini itirib.
İnterpress.az