Yeyib-içib qonağı bıçaqladılar: Yevlaxdakı cinayətin TƏFƏRRÜATIbackend

Yeyib-içib qonağı bıçaqladılar: Yevlaxdakı cinayətin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxda bıçaqlanmaya görə axtarışa verilmiş daha bir nəfər tutulub.

İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Azər Əhmədova bıçaqla xəsarət yetirmiş qrupun digər üzvü – şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Ramazanov tutulub.

Məlum hadisə ilə bağlı daha əvvəl Yevlax şəhər sakini Lyudmila Novruzlu da saxlanılmışdı. Aparılan araşdırmalarla müəyyən edilib ki, hadisə L.Novruzlunun evində baş verib. Belə ki, hadisə baş verən gün L.Novruzlunun evində içki məclisi təşkil edilib. Məclisdə L.Novruzlu ilə yanaşı, Azər Əhmədov, İsmayıl Ramazanov və onun həyat yoldaşı iştirak edib. Onlar yeyib-içdikdən sonra aralarında münaqişə yaranıb. Belə ki, sərxoş halda olan A.Əhmədov İ.Ramazanova həbsxanada onun qardaşı ilə birgə cəza çəkdiyini deyib və barəsində xoşagəlməz sözlər işlədib. Bundan sonra məclisdə dava düşüb və əvvəlcə Lyudmila Novruzlu bıçaqla A.Əhmədova zərbə endirməyə çalışıb. Fiziki cəhətdən daha güclü olan A.Əhmədov sərxoş vəziyyətdə olan qadının onu bıçaqlamasına mane olub. Daha sonra isə İ.Ramazanov A.Əhmədovu kənara çəkərək bıçaqlayıb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

İnterpress.az