İnterpress-in “sibdepo.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Kemerovsk vilayəti Federal Miqrasiya Xidməti İdarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, deportasiyaya əsas səbəb həmin şəxslərdən üçünün narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması, birinin isə oğurluq cinayəti törətməsidir. “Qeyd edilən xarici vətəndaşlar ətrafdakılara təhlükə törətdiyi üçün Rusiya Ədliyyə Nazirliyi onların 6-8 il müddətinə ölkəyə gəlməsini qadağan edir. Qadağanın müddəti bitdikdən sonra onlar Rusiya ərazisinə gələ bilərlər” – deyə, mətbuat xidmətindən bildiriblər.
Azərbaycan vətəndaşları Federal Miqrasiya Xidmətinin və polisin müşayiətilə Azərbaycana yola salınıblar.
İnterpress.az