“İnterpress” milli.az-a istinadən xəbər verir ki, plana görə, yaxın zamanlarda sərnişinlərə metronun stansiyalarında, eləcə də vaqonlarda pulsuz olaraq WI-FI sisteminə qoşulma imkanının yaradılması nəzərdə tutulur.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran \”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hazırda metroda pulsuz internet xidmətinin tətbiqi məsələsi gündəmdə deyil və bununla bağlı müzakirələr aparılmır: \”Bu söhbət əslində çoxdan var. Sərnişinlər tərəfindən dəfələrlə pulsuz WI-FI-ın olması istəyi bildirilib. Hətta bəzi provayderlər də metroda belə bir xidmətin yaradılmasını təklif ediblər. Lakin hazırda metroda pulsuz internet məsələsi ilə bağlı konkret heç bir şirkətlə danışıqlar, müzakirələr aparılmır\”.