Məhkəmədə 17 yaşlı qız qardaşını öldürdüyünü etiraf edibbackend

Məhkəmədə 17 yaşlı qız qardaşını öldürdüyünü etiraf edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə A. Baxışova çıxış edərək qardaşını özü öldürdüyünü bildirib.

Xatırladaq ki, ötən proses zamanı o, qardaşını qonşuları Ələsgər Səlimovun öldürdüyünü bildirmişdi.

Məhkəmə prosesi fevralın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Qusar rayonunun Lecet kənd sakini, 1997-ci il təvəllüdlü A. Baxışova ailə münaqişəsi zəminində qardaşını qətlə yetirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində A. Baxışova saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

İnterpress.az