SON DƏQİQƏ: Türkiyədə zəlzələ: dağıntı və xəsarət alanlar varbackend

SON DƏQİQƏ: Türkiyədə zəlzələ: dağıntı və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə güclü zəlzələ olub.

İnterpress.az xəbər verir ki, təbiət hadisəsi İzmir şəhərinin Buca rayonunda qeydə alınıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb ki, zəlzələ 4.9 bal gücündə olub.

Onun sözlərinə görə, yeraltı təkan yerli vaxtla saat 3:29-da baş verib və indiyədək heç bir insan itkisi olmayıb.

Nazir bununla yanaşı qeyd edib ki, zəlzələ zamanı 2 nəfər təlaşa düşərək xəsarət alıb.

O eyni zamanda məscidin minarəsinin zədələndiyini bildirib.