Vəkilin sözlərinə görə, bu, Apellyasiya məhkəməsinin qərarından şikayət olub.
İyulun 31-də apellyasiya şikayətinin yekun baxış iclasında Cəfərovun həbs müddəti 6 il 6 aydan 6 il 3 aya endirilib.
İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunsa da, sonradan ona qarşı mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub.
Apellyasiya məhkəməsində onun barəsində vergidən yayınma maddəsinə xitam verilib.
İnterpress.az