Bu barədə “Русская служба новостей” yazıb. Məqalədə deyilir ki, Tehran artıq Moskvaya istənilən hərbi texnika və silah siyahısını təqdim edib. Siyahıda – təyyarələr, helikopterlər, raket kompleksləri, gəmilər, sualtı qayıqlar var. Anlaşmaya Tehranın maliyyə çatışmazlığı və Birləşmiş MillətlərTəşkilatının Təhlükəsizlik Şurasının məhdudiyyətləri mane ola bilər.
Bazar ertəsi Moskvaya iki günlük səfər ilə İran İslam Respublikasının müdafiə naziri Hüseyn Dehqan gəlib. Səfərin proqramında Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqu və baş nazirin müavini Dimitriy Roqozin ilə görüş planlaşdırılıb. Kremlə yaxın olan mənbəyə görə, bu gün generalı Rusiya prezidenti qəbul edəcək.Moderator.az