Bunu İranın sabiq elm və ali təhsil naziri Mustafa Muin deyib. O bildirib ki, tibb sahəsində əməkdaşlığın inkişafı hər iki ölkənin faydasınadır: “İranda tibbi xidmətlərin qiyməti digər ölkələrlə müqayisədə aşağıdır və bu, Azərbaycan xalqını məmnun edə bilər”.
M. Muin Azərbaycan və İran çoxlu müştərək tarixi, dini və mədəni bağlılıqların olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan vətəndaşlarının İrana üz tutmasının səbəblərindən biri də bu yaxınlıqdır: “Azərbaycanlı əzizlərimiz bilirlər ki, onların müalicə prosesi əksər hallarda uğurlu olacaq. Düşünürəm ki, Azərbaycandan İrana müalicə üçün müraciət edən insanlarla ünsiyyətdə olan həkim və tibb personalının Azərbaycan dilini bilməsini təmin etməliyik ki, bu xidmətlər daha yaxşı səviyyədə təşkil olunsun. Hazırda tibb sahəsində İran heç də Amerika və Avropa ölkələrindən geri qalmır və önəmli məsələ budur ki, həmsərhəd olduğumuz üçün iki ölkə vətəndaşları arasında gediş-gəliş çox rahatdır”. apa.az