Ölkəmizdə ilk dəfə təşkil olunacaq yarış nəzərdə tutulan tarixdən tez başlayacaq.
Belə ki, Olimpiadanın paytaxtımızda bu il sentyabrın 14-30-da keçirilməsi planlaşdırılırdı. Lakin ölkəmizdə sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə bağlı turnir irəli çəkilib. FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq.
Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək. (apasport.az)