Ərdoğan Gəncəyə səfərini ləğv etdibackend

Ərdoğan Gəncəyə səfərini ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının keçiriləcəyi yer dəyişdirilib.

İnterpress.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, Gəncədə keçirilməsi nəzərdə tutulan görüş Bakıda olacaq.

Dəyişikliyə Gəncədəki güclü duman səbəb olub.

“Əvvəlcədən xəbər verildiyi kimi, iclasda iştirak etmək üçün fevralın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək”, – səfirlikdən bildirilib.

İnterpress.az