Araz Əzimov müsahibəsinin Suriyaya böhranına dair hissəsinə aydınlıq gətirərək bu məsələdə Azərbaycan dövlətinin mövqeyindən çıxış etdiyini deyib. Diplomat bildirib ki, bu, onun karyerası ərzində verdiyi ilk müsahibə deyil.
“Həmişə olduğu kimi bu dəfə də mən Azərbaycan dövlətinin prinsipial mövqeyindən çıxış etmişəm. Hansı ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etdiyinə görə bu mövqe beynəlxalq aləmdə özünə nüfuz qazanıb. Və mən avstriyalı jurnalistin suallarına verdiyim cavablarda qəbahət heç nə görmürəm”-Əzimov deyib.
Nazir müavininin açıqlamasının tam mətni daha sonra saytda yerləşdiriləcək. apa.az