Əsgərləri daşıyan maşınlar keçərkən partlayış baş verib. İlkin məlumata görə, əsgərləri daşıyan maşınlardan 3-ü yanıb.
Ankara valisi Mehmet Kılıçlar bildirib ki, ilkin məlumata görə, terror aktı nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Onun sözlərinə görə, partlayış partlayıcı quraşdırılmış avtomobillə törədilib.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib. Partlayışdan sonra başlayan yanğınını söndürülməsi üçün tədbirlər görülür.
Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik Ankradakı terroru “alçaq hücum” adlandırıb. Onun sözlərinə görə, adamların sıx olduğu yerdə həyata keçirilən partlayış terrorun alçaqlığını və xainliyini göstərir.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsselə planlaşdırılan səfərini Ankaradakı terror aktı ilə əlaqədar təxirə salıb.
İnterpress.az