Ankaradakı partlayışla bağlı dəhşətli faktlar aşkarlanıb-VİDEObackend

Ankaradakı partlayışla bağlı dəhşətli faktlar aşkarlanıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, avtomobil İzmirdən oğurlanıb.
Hadisə zamanı maşında iki terrorçu olub. Onlardan birinin kimliyi artıq bəllidir. Bu, iyun ayında Türkiyəyə gələn, 24 yaşlı kürd əsilli Suriya vətəndaşı Salih Necardır. İkinci terrorçunun kimliyi isə hələ bilinmir.
Qeyd edək ki, 28 nəfərin ölümü, 61 nəfərin yaralanması ilə nəticələnən partlayış o qədər güclü olub ki, hadisə yerində 2 metr dərinliyində quyu əmələ gəlib.
Hadisə şahidlərinin verdiyi xəbərə görə, 3 avtobus yanaraq kül olub. Terror qurbanlarının əksəriyyətinin əsgərlər olduğu bildirlir.
Yaralılar arasında bir general və xanımı da var.

Ankaradakı partlayışla bağlı dəhşətli faktlar aşkarlanıb-VİDEO

Ankaradakı partlayışla bağlı dəhşətli faktlar aşkarlanıb-VİDEO

İnterpress.azhttps://youtube.com/watch?v=NH6Zc5um4Nc