Bakı Olimpiya Stadionunu partlatmağa cəhddə suçlanan şəxsin məhkəməsi başladıbackend

Bakı Olimpiya Stadionunu partlatmağa cəhddə suçlanan şəxsin məhkəməsi başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə hal şahidi kimi dindirilən Elnur Həsənov ifadəsində hadisənin üstündən çox vaxt keçdiyi üçün heç nə xatırlamadığını deyib.

Təqsirləndirilən A.Xudiyev isə bildirib ki, axtarış prosesində E.Həsənov adlı şəxs ümumiyyətlə iştirak etməyib. O, ittihamları qəbul etməyib.

Digər hal şahidi məhkəməyə gəlmədiyindən müdafiə tərəfi vəsatət verərək həmin şahidin məhkəməyə gəlməsi ilə bağlı vəsatət verib. Vəsatət qismən təmin edilib.

Məhkəmə prosesi fevralın 23-ə davam edəcək.

Qeyd edək ki, Aydın Xudiyev 2015-ci ilin iyunun 12-də, Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək diktofonu qoşaraq kaseti səsləndirib. O, stadiona bomba qoyulduğunu və açılışı dayandırmaları olduğunu deyib. İyunun 15-də əməliyyat keçirilib və Aydın Xudiyev saxlanılıb. Onun evindən \”Sony\” markalı diktofon və \”Panasonic\” markalı kaset aşkarlanaraq götürülüb.

Onu da qeyd edək ki, 1960-cı il təvəllüdlü Aydın Xudiyev Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə İctimai Birliyinin rəhbəri olub.

İnterpress.az