The Times” qəzetinin xəbərinə görə, Suriyanın Azez şəhəri yaxınlığındakı Minnağ aerodromunun adı dəyişdirilərək, \”Serok Apo\” (“Öndər Apo”) adlandırılıb. BBC isə YPG-nin Türkiyə Silahlı Qüvvələrinin beş gündür top atəşinə tutduğu Tel-Rıfat şəhərinin adını \”Arpet\” olaraq dəyişdiyini barədə məlumat yayıb.
Qeyd edək ki, ABŞ YPG ilə PKK-nın eyni təşkilat olmadığını bəyan edib. Rəsmi Vaşinqton YPG-nin terrorçu qruplaşma olmadığını, onlara İŞİD-lə mübarizə aparan silahlı birləşmə kimi hər cür dəstək verəcəyini açıqlayıb. (virtualaz.org)