İnterpress.az xəbər verir ki, bu açıqlama ilə Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Peskov deyib ki, Putin dünən Macarıstan prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Suriyadan gələn qaçqınlar məsələsinə də toxunub. Putin deyib ki, regiondakı problemləri həll etmək üçün birgə səy göstərmək lazımdır. Xüsusilə bəzi dövlətlərin ərazi bütövlüyünə yaranan təhdidlərlə mübarizə aparılmalı, təhlükəsizliyi təmin olunmalıdır.
Peskov Putinin terrorçuluqla mübarizənin vacib olmasına dair fikrini də qeyd edib.
İnterpress.az