İnterpress.az-ın “Dailymail”-a istinadən verdiyi xəbərə görə, polis departamentinin rəsmisi David Berardesca bu barədə öz twitter hesabında yazıb. O, sosial şəbəkədə yastığın altında qızışıb yanan telefon və balışların şəkllərini paylaşıb.
“NBC”-yə danışan polis şefi David Berardesca deyib: “Bu kimi elektronik cihazların içi qızışmasın deyə, sərt yerə qoymaq lazımdır. Balışın yumşaqlığı və istiliyi batareyanı qızışdırır və belə yanğın baş verir”.
Qeyd edək ki, gecə yatarkən telefonunu balışın altına qoyanlar eyni zamanda güclü radiasiya dalğalarının gətirdiyi baş ağrısından və qan azlığından əziyyət çəksələr də bunun səbəbini anlamırlar.
Texas ştatında yaşayan 13 yaşlı Ariel Tolfree də balışının altına qoyduğu telefonun partlayış səsinə oyanmasaydı balışla birgə yanacaqdı. Atası qızının iki ildir ki, gecələr telefonla yatdığını söyləyib.
İnterpress.az