Bu barədə Moderator.az-a diplomatik mənbələrdən məlumat verilib. Verilən məlumta görə, bu həftənin sonu – gələn həftənin əvvəlində Azərbaycan prezidentinin Tehrana nəzərdə tutulan rəsmi səfəri reallaşacaq.
Səfər zamanı bir sıra rəsmi görüşlır keçiriləcək. Görüşlərin yekunu olaraq 5 – dən artıq ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivini nəzərdə tutan sənədlər imzalanacaq. Keçiriləcək görüşlərdə iki ölkə arasında birgə infrastruktur və digər layihələrin işlənməsi, iqtisadi, ticari, turizm, tranzit, yükdaşımalar sahəsində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda bölgədə və dünyada baş verən proseslər və regionu gözləyən təhdidlərə qarşı birgə fəaliyyət məsələləri müzakirə olunacaq.