Məktəbdə ölümcül döyülən şagirdlə bağlı DƏHŞƏTLİ İDDİAbackend

Məktəbdə ölümcül döyülən şagirdlə bağlı DƏHŞƏTLİ İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən gecə əməliyyat olunub. Bu gün isə vəziyyəti daha da ağırlaşıb. Allahın köməkliyi ilə düzələr və dərsinə dönər”. Akif Quliyev deyib ki, əslində Azər Əliyevin mübahisəsi onunla paralel sinifdə oxuyan şagirdlərdən biri ilə olub. Onu döyən isə digər 11-ci sinif şagirdi Əli Qəribovdur. Məlumata görə, Azər Əliyevlə mübahisə edən paralel sinif şagirdi öz sinif yoldaşlarına mübahisə xəbərini çatdırıb. Mübahisədən xəbər tutan Əli Qəribov sinif yoldaşının müdafiəsinə yönəlik dəstə halında Azər Əliyevin üstünə gedib. Məktəbin dəhlizində baş berən kütləvi davada Əli Qəribovun sinif yoldaşlarından ibarət dəstəsi Azər Əliyevin baş nahiyəsinə təpiklə zərbələr endirib. Ciddi xəsarətlər alan döyülən şagird huşunu itirərək yerə yıxılıb. Ən dəhşətlisi isə xeyli dəhlizdə köməksiz qalan Azər Əliyevə təcili tibbi yardım çağırılmayıb. Hətta dəhlizdə onu qan aparıb. Hadisədən xəbər tutan məktəb rəhbərliyi tərəfindən Azər Əliyevin valideynlərinə xəbər verilib. Valideynlər məktəbə gələndən sonra vəziyyətin ciddi olduğunu görüb onu dərhal xəstəxanaya aparıblar. Hazırda Suraxanı rayon Polis Bölməsində faktla bağlı araşdırma aparılır. Məlumat aldığımız mənbə deyib ki, əslində Azər Əliyevi döyənlərin məsuliyyətə cəlb olunduğu bildirilsə də, onlar dərsdədirlər. Son dəqiqə aldığımız məlumata görə, Azər Əliyev bu gün növbəti dəfə əməliyyata aparılıb. cebhe.info