TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu prosesi fevralın 10-dan başlayıb və dünən saat 17.00-da başa çatmalı idi. TQDK-nın dünənki qərarı ilə sənəd qəbulunun vaxtı bu gün saat 12.00-dək uzadılmışdı.
Qeyd edək ki, imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. Magistraturaya ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra – iyunun 9-dan 19-dək olan müddətdə aparılacaq. (atv.az)