Hafiz Hacıyev: “MSK-nın adın dəyişdirib YAP-ın Seçki Qərargahı qoysunlar”backend

Hafiz Hacıyev: “MSK-nın adın dəyişdirib YAP-ın Seçki Qərargahı qoysunlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Azərbaycanda konustitusiya islahatları aparılmalıdır”.

Bu sözləri Müasir Müsavat Partiaysının sədri Hafiz Hacıyev deyib.

Qeyd edək ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata verdiyi açıqlamasında deyib ki, MSK mart ayına qədər yenidən formalaşdırılacaq. Hakim partiya YAP-ın artıq bununla bağlı hazırlığa başladığı bildirilir.

Bu barədə PİA.AZ-a danışan Müasir Müsavat Partiaysının sədri Hafiz Hacıyev bildirib ki, Mərkəzi Seçki Komissiyası YAP-ın üzvlərindən ibarətdir və onların sözünü deyən bir qruma çevrilib. Bu da Azərbaycan xalqının iradəsini təmsil etməyən bir qrumdur. Biz də istərdik ki, Mərkəzi Seçki Komissiyasında biz də təmsil olunaq:

“Bu gün Azərbaycanda siyasi sistem bərbad bir vəziyyətdədir. Azərbaycanda konustitusiya islahatları aparılmalıdır və Mərkəzi Seçki Komissiyasının icra orqanlarından asılılığı tamamən sıfıra endirilməlidir. Bu günə qədər bəzi partiyaların öz mövqelərini ortaya qoya bilməsi üçün heç bir şərait yaradılmayıb. Amma buna baxmayaraq Müasir Müsavat Partiyasının üzvlərinin sayı 100.000 keçib və partiyamızın mövqeyi, gücü də ölkəmizdə bəllidir. Buna baxmayaraq bəzi insanlar imkan vermirlər ki, biz də parlamentdə təmsil olunaq. Yəni xalqın bizə olan etimadla verdiyi səsi imkan verməyiblər özümüzə hesablansın. Buna görə də bizim və başqa partiyaların Mərkəzi Seçki Komissiyasının formalaşmasında kənarda qalması demokratik hal deyil. Bu vəziyyət qeyri-demokratik vəziyyətdir.

Mən hesab edirəm ki, təcili islahatlara başlamaq lazımdır. Siyasi islahalar olmasa biz gələcəkdə də heç bir uğura imza ata bilməyəcəyik. Mərkəzi Seçki Komissiyası YAP-ın üzvlərindən ibarətdir və onların sözünü deyən bir qruma çevrilib. Bu da Azərbaycan xalqının iradəsini təmsil etməyən bir qrumdur. Biz də istərdik ki, Mərkəzi Seçki Komissiyasında biz də təmsil olunaq. Amma nə etmək olar, bizim taleyimiz elə gətirib ki, dövlətini, millətini sevən, vaxt ilə xalq hərakatında Azərbaycanın müstəqilliyinin bərpasında, torpaqlarımızın işğaldan azad olunmasında canından keçən insanlar bu gün kənarda qalıblar. Biz də YAP-ın artıq MSK-nın yenidən formalaşmağı barədə hazırlığa başladığını eşitmişik. Amma bu ölkə tək YAP-dan ibarət deyil. Bu ölkə Azərbaycan xalqından ibarətdir, bu xalqı da 10 milyondan çox adam təşkil edir. Bu gün monopoliyada olan Mərkəzi Seçki Komissiyasının adın dəyişdirib Yeni Azərbaycan Partiyasının Seçki Qərargahı qoysunlar. Bu ad daha yaxşı effekt verə bilər. Çünki onsuzda heç kəsi oraya buraxmırlar və hər işi 5-10 nəfərlə təqdim edirlər. Bu da xalqın tam heç bir faizin təşkil etmir. Buna görə də, Seçki Komissiyası özü də etiraf edir ki, onların elə də səlahiyyətləri yoxdur.

Hafiz Hacıyev “Heç bir siyasətimizi düzgün apara bilmirik, bu da xalqımıza çox böyük ziyan vurur”

Mən düşünmürəm ki, bu vəziyyət elə belə də qalacaq. Bizim partiyamızın da xüsusi proqramı var və o proqram əsasında da hərəkət edəcəyik. Hesab edirəm ki, bu dəfəki seçkilər əvvəlki seçkilər kimi olmayacaq. Bu xına o xınadan olmayacaq, çünki aldanmağımız da, bizə verdikləri yalançı vədlər də artıq bəsdir. Partiyamız aktiv siyasi fəaliyyətə başlayacaq. Çalışacaq ki, ölkədə millətini, xalqını sevən başqa partiyalarla bir arada olsun. Biz çalışacağıq ki, Azərbaycanda siyasi islahatların başlanması üçün müəyyən addımlar atılsın. YAP deyir ki, bizim 5 yüz min üzvümüz var, amma 5 yüz min üzvləri olsa da xalqın seçim haqqını əlindən ala bilməzlər. Düşünürəm ki, Müasair Müsavat Partiaysı olaraq əvvəlki partiya yox xalqın tələb etdiyi formada partiya olacağıq. İmkan verməyəcəyik ki, Mərkəzi Seçki Komissiyasında tam monopoliya alsınlar və dünyada da bizə qınaq obyekti olsun. İnsanların fikirləşmə zamanı gəlib çatıbdır. Hər bir insan öz taleyi haqında düşünməlidir. Bildiyimiz kimi YAP-ın üzvlərindən bir neçəsi korrupsiyada ittiham olundular. Onlar vətənə, millətə xəyanət etmiş insanlardır və vaxti ilə Heydər Əliyev haqqında Politbüroya milyonlarla teleqram vuran insanlar bu gün Azərbaycan xalqının qeydinə qala bilməz. Onlar kabinetlərdə oturaraq Azərbaycan xalqına “Azik” deyə müraciət edirlər. O aziklər də Azərbaycan xalqını tam təmsil edə bilməzlər. Onların çoxusu hətta iş yerlərində, evlərində də erməni dilində danışırlar. Biz bütün bunları araşdırıb, ortaya çox ciddi mövqe qoyub millətimizin gələcəyi üçün addımlar atacağıq. Buna görə də Mərkəzi Seçki Komissiyasının bizə heç bir aydiyyatı yoxdur. Mən hesab edirəm ki, YAP-ın filialıdır və bu filial da bü günkü tələblərə cavab vermir”.

Partiya sədri həmçinin İran və Gürcüstan arasında İran qazının Ermənistan ərazisindən Gürcüstana nəql olunması ilə bağlı qərar haqqında da öz fikirlərin deyib:

“Bu da bizim xarici siyasətimizin fiaskoya uğraması deməkdir. Baş verən hadisələr Araz Əzimovların xarici siyasətdə olan digər insanların xalqına verdikləri tövhədir. Xarici siyasətimiz artıq pik həddədir və bu da bizə olan böyük bir xəyanətdir. Yəni bu Ermənistanı blokadadan çıxartmaq, Ermənistana yenidən bir nəfəs vermək kimi bir hadisədir. Mən hesab edirəm ki, bu da bizim Xarici İşlər Nazirliyimizin apardığı yalnış siyasətdir. Necə olur ki biz Gürcüstana kömək edirik, amma Gürcüstan bizdən yox, İrandan qaz alır və bu qaz Ermənistan ərazisindən nəql edilir? Bu vəziyyət bizim yalniş siyasətimizlə meydana çıxıb. Heç bir siyasətimizi düzgün apara bilmirik, bu da xalqımıza çox böyük ziyan vurur. Bütün bu olanlar evlərində erməni dilində danışan insanların xarici siyasətdə olan uğursuzluğudur”. (pia.az)