“Azərsun“un işçisinə silahlı basqınbackend

“Azərsun“un işçisinə silahlı basqın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirkət işçisinin idarə etdiyi avtomobili saxlatdıraraq qarət etmək istəyən basqınçılar buna nail ola bilmədikdə həmin maşını izləməyə başlayıblar.

Lakin bunun da nəticə vermədiyini gördükdə, yanaşı sürərərk sürücü-ekspeditora tüfəngdən atəş açıblar.

Sürücü yaralansa da, avtomaşını dayandırmadığından niyyətlərini həyata keçirə bilməyən cinayətkarlar ələ keçməkdən qorxaraq hadisə yerindən uzaqlaşıblar.

Hal-hazırda Saatlı və ətraf rayonların polisi basqınçıların istifadə etdikləri VAZ-2107 avtomobilinin və cinayəti törədənlərin axtarışlarına başlayıblar.

Xəsarət almış «Azərsun» şirkətinin əməkdaşı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı şirkət işçisi maşında tək olub. ( virtualaz.org )

İnterpress.az