Burkina Fasoda orduya qarşı törədilən terror aktı nəticəsində 51 əsgər şəhid olub.
Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.
Sahel bölgəsindəki Oudalan bölgəsində yerləşdirilən əsgərlərə təşkil edilən terror hücumunda 51 əsgər həyatını itirib.
Əsgərlərlə terrorçular arasında baş verən qarşıdurmada 60 terrorçu zərərsizləşdirilib.
Qonşu Malinin Əl-Qaidə və İŞİD-ə bağlı terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez hücumlar təşkil edir.
Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər olan hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.