Bağdadda kamikadzelər məscidi partlatdıbackend

Bağdadda kamikadzelər məscidi partlatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mətbuatının verdiyi xəbərdə deyilir ki, əvvəlcə kamikadzelərdən biri məscidə daxil olaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayışdan sonra hadisə yerinə xeyli insan toplaşıb və bu zaman ikinci kamikadze partlayıcı qurğunu işə salıb.

Polis və həkimlər İraq paytaxtının Al-Şula rayonunda baş verən hadisə nəticəsində 50-dək adamın yaralandığını da bildiriblər.

Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. (virtualaz.org)

İnterress.az