İran xalqı budəfəki seçkilərdə 10-cu dəfə öz deputatlarını seçirlər. Artıq seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.
İranda keçirilən budəfəki parlament seçkilərində 290 yer uğrunda 5 minə yaxın namizəd mübarizə aparır.
Ölkənin paytaxtı Tehrandakı seçki məntəqələrindən birində səs verən İranın ali dini lideri Ayətullah Əli Xamanei keçirdiyi mətbuat konfansında bu cür bəyanat verib:
“Mən bütün iranlıları seçkidə iştirak etməyə çağırıram. Öz hüquqlarınızdan istifadə edin\”.
İran İslam Respublikasının parlamentində millət vəkili statusunda qalmaq müddəti 4 ildir.
Həmçinin bu gün İslam Şura Məclisinə seçkilərlə yanaşı, 5-ci çağırış Ekspertlər Şurasına da səsvermə olacaq.
Qeyd edək ki, budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 55 milyon insanın iştirak edəcəyi nəzərdə tutulub. (modern.az)
İnterpres.az