Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə fevralın 27-də Parlament prospektində,Milli Məclisin qarşısında qeydə alınıb.
63 saylı xətt üzrə hərəkət edən \”Daewoo\” markalı avtobus yolu keçən 1980-ci il təvəllüdlü Səadət Hüseynova və onun qızı, 2000-ci il təvəllüdlü Nuranə Hüseynovanı vurub.
Nəticədə, ana aldığı xəsarətdən hadisə yerindəcə ölüb. N.Hüseynova isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (apa.az)
İnterpress.az