İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şırnakdakı İdil rayonunda tapılan yeraltı tunel 12 evi birləşdirirmiş.
Bu arada Türkiyə polisi İdildə 2 min 300 evdə araşdırma aparıb. Araşdırmalar nəticəsində aşkarlanan 10 metr uzunluğu olan tunel bir adamın sığışa biləcəyi qədər dar olsa da terrorçular bu tikilidən çox məharətlə istifadə edirmişlər.
İnterpress.az