İnterpress.az xəbər verir ki, bunu İraq əl-Cəzirə Əməliyyatları Birliyinin komandanı, ordu generalı Əli İbrahim Debun \”Anadolu\” agentliyinə bildirib.
Onun sözlərinə görə, İŞİD-in 4 kamikadzesi Hadisə yaxınlığındakı hərbi düşərgəyə basqın edib: \”Terrorçu-kamikadzelərdən biri düşərgəyə girərək özünü partladıb. Partlayış nəticəsində briqada generalı Əli Abbudla yanaşı, əl-Cəzirə Əməliyyatları Birliyinin komandiri Farhan İbrahim və 4 əsgər həyatını itirib, 7 nəfər isə yaralanıb\”.
İnterpress.az