İnterpress.az xəbər verir ki, “Bastainfo.az”a daxil olan məlumata görə, şikayət edən vətəndaşları rayon rəhbərliyi deyil, polislər qarşılayıblar. Etirazçıların tələblərinə məhəl qoyulmayıb. Polis əməkdaşları narazı sakinlərə hədə-qorxu gələrək, onları dağılışmağa məcbur ediblər.
Qeyd edək ki, son bir ayda digər rayonlarda da sosial yardım ala bilməyən vətəndaşların etiraz aksiyaları keçirilib.
İnterpress.az