İnterpress.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Binə qəsəbəsi Atçılıq idman kompleksində Bakı şəhər sakini Emin Məmmədovun 802 manatını, 46050 rublunu və evinin açarlarını masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həmid Mirzəyev tutulub.
Suraxanı polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 12-də Əmircan qəsəbəsində Fərhad Cavadovun evindən qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri – 1997-ci il təvəllüdlü Cavid Sultanlı və 1989-cu il təvəllüdlü Ziya Zamanov saxlanılıblar.
Digər oğurluq hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun Zərdabi küçəsində Xatirə Hüseynovanın mənzilindən, pəncərədən keçməklə, 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1976-cı il təvəllüdlü Anar Mirzəyev tutulub. Müəyyən edilib ki, o, ötən il oktyabrın 8-də N. Hikmət küçəsində Siyavuş Mehdiyevin mənzilindən açarseçmə yolu ilə televizor, xəz kürk, noyabrın 3-də isə Mətbuat prospektində İldırım Əsədovun evindən qızıl-zinət əşyaları oğurlayıb.
Hər üç faktla bağlı araşdırmalar davam etdirili.(APA)
İnterpress.az