İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, martın 1-də saat 12 radələrində Şəmkir şəhərində yaşayan Tofiq Sadıqovun evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan T.Sadıqovun oğlu – 3 yaşlı Nurəddin xəstəxanaya yerləşdirilib.
İnterpress.az