“Qonşu ölkələr başda olmaqla bütün region dövlətləri Azərbaycanın bu prosesdə uduzma ehtimalının olmadığına şahid oldular” – RƏYbackend

“Qonşu ölkələr başda olmaqla bütün region dövlətləri Azərbaycanın bu prosesdə uduzma ehtimalının olmadığına şahid oldular” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın dayanıqlı iqtisadiyyata malik olması və beynəlxalq münasibətlər sistemində qurmuş olduğu səmimi əlaqələri, dövlətimizin müstəqil və milli maraqlarımız istiqamətində xarici siyasət kursu yürütməsinə şərait yaradıb.

Bu gün Azərbaycan dövləti, məhz uğurlu iqtisadi doktrinanın tətbiq edilməsi və dünya dövlətləri ilə sağlam, ciddi, məsuliyyətli əlaqələr qurması hesabına beynəlxalq arenada ümummilli məsələlərimizin həllinə nail olmaqdadır.

Regionumuzda baş verən prosesləri diqqətlə izləyən hərkəs müşahidə edə bilər ki, 30 ilə yaxın bir dövr ərzində danışıqlar prosesinin hər mərhələsində üzərinə düşən bütün hüquqi öhdəlikləri məsuliyyətlə yerinə yetirən Azərbaycan, məhz bu danışıqların yekun nəticə əldə etməməsi ucbatından Qarabağ problemini ölkə rəhbərliyinin qətiyyətli iradəsi və rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı ilə həll etdi.

Bu tarixi qələbənin üzərindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq Azərbaycan tərəfi hələ də səbrlə Ermənistan tərəfini beynəlxalq hüquqi normalar çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyası üçün ciddi əməli tədbirlər görməyə dəvət edir.

Ancaq, hələ də yekun sülh müqaviləsinin imzalanması və dövlət sərhədlərinin qarşılıqlı tanınması üçün Ermənistan rəhbərliyi hələ də hansısa konkret addımlar atmayıb və prosesi uzatmaqla nəyə nail olacaqlarını hələ özləri də müəyyənləşdirə bilməyib. Məhz bizim beynəlxalq münasibətlər sahəsində də öz əksini tapmış sülhə məcburetmə taktikamızın bəhrəsidir ki, bu gün Ermənistan tərəfindən yekun sülh müqaviləsinin imzalanmasının zəruriliyi müəyyən qədər anlaşılıb və bəzi hallarda bu mövzu ilə əlaqədar sözlə də olsa, münasibət bildirmə cəsarətini özlərində tapa biliblər. Ancaq,bu məsafə o qədər asanlıqla qət olunmayıb.

Əvvala, qonşu ölkələr başda olmaqla bütün region dövlətləri Azərbaycanın bu prosesdə uduzma ehtimalının olmadığına şahid oldular. Mənzərə bundan ibarətdir ki, Ermənistan bu gün sülhə nail olmağımız və sərhədlərin qarşılıqlı tanınması istiqamətində adekvat addımlar atmamaqla əslində özünü geri salır. Bu gerilik özünü həm Ermənistanın keyfiyyətcə qısırlaşmaqda olan iqtisadi durumunda, daha da xaotik vəziyyət alan daxili siyasətində və kasad xarici əlaqələrində özünü göstərir. Digər tərəfdə isə, regionun həm maddi,həm enerji, həm də siyasi əlaqələri baxımından lider dövləti olan Azərbaycan Respublikası var.

Elə buna görə də istər Brüssel, istərsə də Moskva formatında rəsmi İrəvana çatdırılan mesaj bundan ibarətdir ki, Azərbaycanın haqlı tələbləri ilə razılaşmadan və rəsmi Bakının dialoq şərtlərini qəbul etmədən hər-hansı irəliləyiş əldə etmək mümkün olmayacaq. Yeri gəlmişkən istər Moskvada, istərsə də Brüsseldə Ermənistan tərəfinə çatdırılan mesajların reallığını da məhz biz özümüz – Azərbaycan dövləti yaradıb. Bu reallıq 27 sentyabr 2020-ci il tarixdə başlatdığımız və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 9 noyabr 2020-ci il tarixində uğurla başa çatdırdığı Vətən müharibəsi ilə yarandı”.


İnterpress.az-ın analitik qrupu