Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, bayram şənlikləri həmin gün saat 10.00-dan gecə yarısınadək davam edəcək.
N.Məcidov deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq bayram tədbirində Azərbaycan mətbəxi təqdim olunacaq, Novruzun bütün siması nümayiş ediləcək, bölgələrdən gələn musiqi və folklor kollektivləri çıxış edəcək. Bayram günlərində bulvara gələn insanlarının sayının artdığını deyən rəis müavini qeyd edib ki, həmin zamanda idarə gücləndirilmiş iş rejimində çalışacaq. (apa.az)
İnterpress.az